Lütfi Zadənin ölüm xəbəri yalan çıxdı

11:03 | 13.08.2017
67 dəfə oxundu

Bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya azvision.az-a açıqlamasında məlumatı təkzib edib.   “Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır” -deyə Şahnaz Şahbazova vurğulayıb.

Qeyd edək ki, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.