“Məni qəbul etməyənlər savadı olmayanlardı” – Elza Seyidcahan

15:54 | 06.07.2018
“Məni qəbul etməyənlər musiqi savadı, dünya musiqisindən xəbəri olmayanlardır”.
Bu sözləri “10-dan sonra” verilişinə qonaq olan əməkdar artist Elza Seyidcahan deyib. O bildirib ki, hər kəs onun mahnılarını anlaya bilməz: “Ziyalılarımız, savadlı insanlarımız musiqimi və məni qəbul edirlər. Savadı olmayanlar məni anlaya bilməz”.
Aparıcı Yusif Ağayevin “Sənin şeirlərini də qəbul etmirlər. Mikayıl Müşfiqə həsr etdiyin şeirdə “tüpürüm sizə” demişdin. Məni də sənə görə sosial şəbəkədə tənqid etdilər” sözlərinə ifaçı belə cavab verib:
“Savadsızdılar. Ramiz Rövşən deyib “tüpürüm sizə”, mən yox. Mən onu yazanların səviyyəsinə enmirəm, oxumuram, cavab da vermirəm. Ramiz Rövşənin bir şeirinə mahnı yazdım. Sonra da şeirimdə ondan sitat gətirdim”.
///Lent.az