Məşhur şirkət rəhbərindən oğlu ilə bağlı yayılan xəbərlərə AÇIQLAMA

15:21 | 17.07.2017
56 dəfə oxundu

Xaliq Faiqoğlu şirkətinin rəhbərliyi son günlər bəzi KİV-lərdə ailəsi haqqında yayılan informasiyalara münasibət bildirib.

müraciətdə deyilir: “Çox təəssüf ki, son günlər bir sıra elektron KİV-də bizə məlum olan şəxslərin təşkilatçılığı, sifarişi və icrası ilə 2014-cü ildə baş vermiş hadisəni gündəmə gətirməklə mənim və ailə üzvlərimin adına ləkə yaxılır və işgüzar nüfuzuma xələl gətirməyə çalışırlar:

“Bu qarayaxma kampaniyasının arxasında duran şəxslərin kimliyi bizə məlumdur və reketliklə məşğul olan bu şəxslərə qarşı qanun çərçivsində ölçü götürülməsi üçün DTX-yə müraciət edilib.
Belə ki, özünü “jurnalist” adlandıran iş icraçıları KİV-də tanıdıqları şəxslərə müraciət edərək pul vəsaiti təklif etməklə həmin hadisəni və hətta sahibi olduğum şirkət haqqında şantaj və yalan xəbərləri işıqlandırmağa çalışırlar və buna qismən nail olublar.

Qeyd edək ki, 18.05.2014-cü il tarixdə Nəsimi rayonu ərazisində övladımın idarə etdiyi maşınla yol-nəqliyyat hadisəsi baş verib, zərər çəkmiş şəxs dərhal övladım tərəfindən xəstəxanaya aparılıb. Hadisədən 5 gün sonra zərərçəkmiş şəxs xəstəxanada vəfat edib. Ehtiyatsızlıqdan baş verən bu hadisədə cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bundan başqa, xəbərdə bizə aid olmayan marşrut xəttlərini bizə məxsus kimi təqdim edilmiş və hətta vergidən yayındığımız bildirilib. Halbuki şirkət iri vergi ödəyicilərindən biridir.

Hal-hazırda gündəmə gətirilən bu yazı hələ 2015-2016-cı illərdə reket jurnalist kimi fəaliyyət göstərən “Gündəlik Bakı” qəzetinin hazırda həbsdə olan baş redaktoru Habil Vəliyevin yazılarıdır. Bu gün özünü jurnalist adlandıran həmin şəxslər sifariş əsasında bu yazıdan məharətlə istifadə etməklə bizə psixoloji təsir göstərməyə çalışırlar. Lakin bəyan edirəm ki, bu qara qüvvələr heç bir şeyə nail ola bilməyəcək.

Bu gün dövlətimiz xüsusilə ölkə başçısı cənab Prezident tərəfindən sahibkarlara diqqət və qayğı göstərilir. Hər zaman dövlətimizin bizə dəstəyinə güvənərək fəaliyyətimizlə bu dəstəyə layiq olmağa çalışmışıq. Reketliklə məşğul olan həmin şəxslər barədə ölçü götürülməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ediləcək.

Fürsətdən istifadə edib jurnalist adını şərəflə daşıyan şəxslərə və bu qarayaxma kampaniyasında iştirak etməkdən imtina edən KİV-ə təşəkkür edirəm”.

//Editor.az