Məzun günündə əlil olan, hər kəsin üz döndərdiyi balerinin həyatı- “Dost məsləhəti”ndə

20:48 | 23.06.2017
189 dəfə oxundu

“Space Tv”də bu gün çox maraqlı bir veriliş başlayır.

“Dost Məsləhəti” adlanan veriliş Türkiyədə müxtəlif peşələrdə işləyən, keşməkeşli həyat yolunda bütün çətinliklərə baxmayaraq həyatda qalmağı bacaran, hər kəsə nümunə olacaq insanların hekayələrini ekranlara gətirəcək.

Verilişin aparıcısı Space TV-nin Türkiyədəki xüsusi müxbiri, araşdırmacı jurnalist Vüsalə Abbasovadır.

Hər həftənin cümə günü (5-ci gün) Space Tv-də yayımlanacaq verilişin ilk qəhramanı məzun olduğu gecə keçirdiyi yol qəzasında ayaqlarını itirən gənc bir balet ifaçısıdır.

Balerin Memet Səfa Öztürk bu hadisədən sonra 11 il ərzində yaşadıqlarından, ona üz döndərən çevrəsindən, əlil arabasına məhkum olunduqdan sonrakı həyatından danışıb. Onun ömrünü məhv edən o bədbəxt gecədən tüklər ürpədiçi hadisəni danışıb.

Onu da qeyd edək ki, Memet əlil arabası ilə balet oynamağa davam edir.

Onun həyat yoldaşı İpək Öztürk onunla evləndiyi üçün ondan üz döndərən ailəsindən danışıb.

23 iyun saat 21:45 “Space tv”də Dost Məsləhətini izləməyi unutmayın.

//APA