Millət vəkili məmur övladlarının özbaşınalığından danışdı

03:17 | 10.08.2017

“Ümumilikdə götürdükdə, Azərbaycan Prezidenti İlham Əliyevin bir tələbi var ki, hər bir dövlət məmuru vəzifəyə təyin olunarkən onun qarşısında ən əsas məqsəd xalqa xidmət dayanmalıdır”. Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, yəni hər bir məmur vəzifəyə təyin olunur ki, o xalqa xidmət göstərsin və xalqın, cəmiyyətin problemlərini həll etsin. Beləcə o əlavə problemlər yaratmasın. Ölkə başçısı bununla bağlı dəfələrlə keçirdiyi müşavirələrdə deyib ki, nəinki həmin məmurlar işdən azad olunacaq, hətta cəzalandırılacaq. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanda bu proses gedir və hər kəs də bundan ibrət dərsi götürməlidir”.

//SİA