Minaya düşən gəncin vəziyyəti ağırdır

16:08 | 11.10.2018

Tərtər rayonunda minaya düşən 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlunun vəziyyəti ağırdır.

Bu barədə Editor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, A.Həsənovun sol ayağı amputasiya olunub. Onun sağ baldırının arxa səthinin geniş cırılmış yarası da var. Xəstə əməliyyata alınıb.