Mixeil Saakaşvili Polşadadır

21:05 | 12.02.2018

Bu barədə Polşa Dövlət Sərhəd Xidmətindən bildirilib.

“Polşa Ukrayna hökumətinin müvafiq müraciəti əsasında M.Saakaşvilini qəbul edib”, məlumatda deyilir.

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

M.Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub.

Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, “Suluquni” restoranının yaxınlığında saxlanılıb.

Bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb

Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Xatırladaq ki, Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.

//APA