Mixeil Saakaşvili Ukraynada mitinqlərə başlayır

16:26 | 13.09.2017
35 dəfə oxundu

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin sentyabrın 13-də Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini bəyan edib.

 

M. Saakaşvili bu barədə “Facebook” səhifəsində yazıb.

“Ukraynada dəyişikliklər Çernovtsıdan başlanacaq”, – deyə o qeyd edib.

M. Saakaşvili vətəndaşları saat 18.00-da şəhərin Mərkəzi meydanına çağırıb.

 

“Yeni güclərin hərəkatı”nın lideri Mixail Saakaşvili yoxa çıxıb.

, Lvovda qaldığı oteldən gecə yarısı çıxan siyasətçi geri qayıtmayıb. Saakaşvilinin vəkili bəyan edib ki, müştərisinin harada olmasından xəbərsizdir, lakin Çernovçıya getmiş ola bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbələr isə bildiriblər ki, siyasətçi əyalətin sərhədlərini keçməyib.

Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və vətəndaşlıqdan çıxarıldığı üçün Polşada yaşamağa başlayan Mixail Saakaşvili öz tərəfdarları ilə birlikdə Ukraynaya keçib. Saakaşvilinin Ukraynaya girişindən sonra ölkədə həbslər başlayıb. Prezident Petro Poroşenko baş verən insidenti cinayət adlandırıb.

//APA