Moskvada ticarət mərkəzi yanır – İnsanlar təxliyə olunur

16:18 | 13.09.2017
28 dəfə oxundu

Moskvanın qərbində ticarət mərkəzində yanğın başlayıb.

 

yanğın “Filion” ticarət mərkəzinin ikinci və dördüncü mərtəbələrdə qeydə alınıb.

Hazırda yanğınla əlaqədar işçilər və müştərilər təxliyə olunur.

Xəsarət alanların olması barədə məlumat verilmir.

Yanğının qarşısının alınması üçün hadisə yerinə 17 maşın və 60 yanğınsöndürən cəlb edilib.

 

Yanğının baş vermə səbəbi məlum deyil.

 

//Trend