MSK-dan seçicilərin sayı ilə bağlı AÇIQLAMA

16:35 | 19.02.2018
Azərbaycanda seçicilərin daimi siyahısının tərtib edilməsi istiqamətində işlər sürətləndirilib.
Editor.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-nın bu gün keçirilən iclasında deyib.
N.Məmmədov bildirib ki, seçicilərin siyahısının dəqiqləşdirilməsi və tərtib edilməsi istiqamətində yerlərdə fəal iş aparılır. Onun sözlərinə görə, bu işlər mart ayının 3-ə qədər yekunlaşacaq.
MSK sədrinin müavini bildirib ki, hazırda əldə olunan məlumata görə, ötən illə müqayisədə seçicilərin sayı 28344 nəfər artıb, ancaq dəqiq məlumat martın 3-də olacaq.