MSK-dan vəzifəli şəxslərə – Xəbərdarlıq

17:22 | 14.02.2018
“Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs Seçki Məcəlləsi və qanunvericiliyə zidd olan hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
M. Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır:
“Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik”.