Müdafiə naziri hərbi liseyə baş çəkdi – FOTOLAR

17:37 | 16.08.2018
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 16-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olaraq əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.
Bu barədə Editor.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri inşaatın gedişatı ilə bağlı verilmiş tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Z.Həsənov kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlər barədə də müvafiq göstərişlər verib.