Müdafiə Nazirliyində Zakir Həsənov dönəmi-5 il

17:56 | 22.10.2018

Şəhid anasının əllərindən öpən general-polkovnikin fəaliyyəti dövründə Azərbaycan Ordusu böyük uğurlara imza atıb

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun nazir kimi fəaliyyətə başlamasından 5 il ötür.

Əvvəlcə ondan başlayaq ki, Zakir Həsənov bütün şüurlu fəaliyyətini torpaqlarımızın müdafiəsinə, hərb sənətinə və onun incəliklərinin öyrənilməsinə həsr edib. Hələ orta məktəbdə oxuyarkən qəti şəkildə zabit olacağını yəqinləşdirən gələcək general 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edərək, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Prezidentin 2003-cü il tarixli sərəncamı ilə isə general-mayor, 2005-ci il tarixli srəncamı ilə isə general-leytenant ali xüsusi rütbəsinə layiq görülüb. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi alıb.

Xatırladaq ki, 2013-cü il oktyabrın 22-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini müəyyən edən sərəncam imzaladı. Əvvəlki hökumətdə təmsil olunan Müdafiə naziri Səfər Əbiyev də vəzifədən kənarlaşdırıldı. Onu general-leytenant, Daxili Qoşunlara 10 il rəhbərlik etmiş Zakir Həsənov əvəzlədi.

Əslində cəmiyyətin peşəkar zabit kimi qəbul etdiyi yeni nazirdən geniş miqyaslı islahatlar, ordudakı itkilərin azaldılması və döyüş qabiliyyətinin daha da artırılması kimi gözləntiləri var idi. Çünki Zakir Həsənov bir sıra mühüm şəxsi özəlliklə malik peşəkar zabit idi. O, müdafiə nazirləri arasında əsas qoşun növlərinin hər birində xidmət göstərən ilk şəxsdir. O fəaliyyətə başladığı ilk müddətdən Azərbaycan ordusunda ciddi islahatlar həyata keçirməyə başladı.

2014-cü il aprelin 16-da Müdafiə Nazirliyinin Naxçıvandakı Əlahiddə Ümumqoşun ordusu 2 günlük genişmiqyaslı hərbi təlimləri başladı. 20 minlik şəxsi heyətin və 400-ə qədər zirehli texnikanın, aviasiyanın və artilleriyanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bundan bir az öncə, cəbhə xəttinə yaxın ərazilərdə Azərbaycan hərbi aviasiyası müharibə şəraitinə maksimum yaxınlaşdırılmış uçuş və manevrlər həyata keçirdi. Zakir Həsənov bu təlimləri şəxsən müşahidə edirdi.

2016-cı ilin aprelində tarixə “aprel döyüşləri” kimi həkk olan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yolların düşməndən azad olunması zamanı Müdafiə naziri Zakir Həsənovun göstərdiyi şücaət, həmin dövrdə cənab nazirin şəxsən döyüşlərçülərin yanında olması diqqətdən yayına bilməz.

Bir müddət öncə Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan parad Azərbaycan ordusunun qısa müddətə əldə etdiyi uğurların beynəlxalq miqyasda etirafına səbəb oldu. Bu parad ölkəmizin hərbi gücünü nümayiş etdirməklə yanaşı Ermənistanda çox ciddi təşviş yaratdı, dünyanın nəzərlərini yenidən ölkəmizə yönəltdi.

Zakir Həsənov hansı vəzifəni daşımasından asılı olmayaraq, daim dövlətimizə və onun rəhbəri, Ali Baş Komanda Cənab İlham Əliyevə sadəqətlə xidmət edib. Cənab Prezident İlham Əliyevin sadiq əsgəri olaraq Azərbaycan Silahlı Qüvvələrinin güclənməsinə öz tövhəsini verib.

Zakir Həsənov Ordunu isti kabinetdən idarə etmir. Onun Aprel döyüşlərində Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının əlini öpməsi xalqımızda böyük qürur hissi yaratmışdı.

Bu gün Ordumuzda döyüş ruhu çox yüksəkdir. Bir əsgər, bir zabit komandanlığın diqqətindən kənar qalmır.

Əslində bu belə də olmalı idi. Çünki Cənab Prezident, Ali Baş Komanda İlham Əliyev məmurlar üçün yol xəritəsi cızmışdı: Gərgin iş qrafikinə baxmayaraq, mütəmadi olaraq vətəndaşlarla görüşə gedir və onların problemlərini şəxsən özündən dinləyirdi.

General-polkovnik Zakir Həsənovun vaxtaşırı olaraq əsgərlərlə görüşməsi, onları şəxsən hərbi hissələrdə ziyarət etməsi, sovetdən qalma hərbi ənənələrdən imtina edilməsi, hərbçilər üçün xüsusi aşbazların tutulması ilə bağlı qərarın qəbulu nazirin dövlətinə və onun rəhbərinə sədaqətinin təzahürüdür.

Ziyalı Qadınlar Klubu cənab naziri təbrik edir, ona fəaliyyətində bol-bol uğurlar, ordumuza isə möhtəşəm qələbələr arzulayır!

Картинки по запросу Zakir Həsənov ilham əliyev

Картинки по запросу Zakir Həsənov ilham əliyev

Картинки по запросу Zakir Həsənov ilham əliyev

Картинки по запросу Zakir Həsənov əsgərlərlə

Картинки по запросу Zakir Həsənov əsgərlərlə

Картинки по запросу Zakir Həsənov əsgərlərlə