Nərimanovda su problemi olacaq

17:31 | 14.02.2018
Fevralın 15-də gün ərzində Bakı şəhərinin Təbriz küçəsi boyunca ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, məhdudiyyətlər Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.