Nəsimi məktəbliləri Nizami Kino Mərkəzinində rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmini izlədilər

17:00 | 28.07.2017
128 dəfə oxundu

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin istirahətinin təşkili ilə bağlı bir sıra maraqlı tədbirlər təşkil edilib keçirilir.

Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşalara baxışları təşkil edilmişdir.

İyul ayının 28-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilmişdir. Tədbirdə iştirak edən uşaqlardan ad gününu bu gün qeyd edən uşaqlara hədiyyələr təqdim edilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunub, dövlətimiz tərəfindən uşaqların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Gülarə Verdiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara olan diqqət və qayğılarından, uşaqların təhsili, sağlamlığı və Azərbaycanın layiqli vətəndaşı olmaları üçün Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən iri miqyaslı layihələrdən danışıdı. Qeyd etdi ki, yay tətili günlərində uşaqların pulsuz filmlərə baxması və muzeylərə ekskursiyaları təşkil olunması davam edəcəkdir.

Keçirilən tədbir uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.