“Narazılıq etsək, Allaha da xoş getməz” – Şeyxülislam

12:09 | 14.02.2018
“İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün idarədə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: “Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək”.