Nazir kütləvi zəhərlənmənin baş verdiyi rayona gedir

14:57 | 19.06.2018
Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün 50-ya yaxın pambıqçının zəhərləndiyi İmişli rayonuna gedir.
Bu barədə Editor.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Nazir hadisə baş verən ərazidə olacaq və zəhərlənən sakinlərlə görüşəcək.
Qeyd edək ki, pambıq sahəsində 50-dən çox fəhlənin zəhərləndiyi bildirilsə də, rəsmi rəqəmlər hələ açıqlanmayıb.