Nazirlikdə yeni təyinat: baş mühəndis müavin oldu

14:19 | 17.08.2018
İlham Əfəndiyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin baş direktor müavini təyin olunub.
Editor.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
İ.Əfəndiyev bundan əvvəl Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi vəzifəsində işləyirdi.
Qeyd edək ki, “Teleradio” İB DVB-T/T2 standartında yerüstü rəqəmsal yayım, DVB-S peyk yayımı, radio və peyk rabitəsini həyata keçirir.