“Ndlovunun epizodunda penalti yox idi” – İspaniyalı məşhur hakim

15:51 | 19.10.2017

İspaniyalı məşhur hakim İtturalde Qonzales “Qarabağ” – “Atletiko” oyununun 73-cü dəqiqəsində Ağdam klubunun futbolçusu Dino Ndlovuya göstərilən qırmızı vərəqədən danışıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, həmin epizodda penalti olmadığını, hakimin düzgün qərar verdiyini deyib:

“Həmin epizodda penalti yox idi. Çünki Ndlovu özü kontakta girməyə çalışırdı”.