Neymar: “Ronaldo və Peledən yaxşı ola bilmərəm”

15:35 | 04.06.2018
3 aylıq zədədən sonra meydana qayıdan Neymar Braziliya – Xorvatiya matçında qolunu da vurub.
Editor.az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu oyundan sonra bunları qeyd edib:
“Braziliyanın ən yaxşı bombardiri olmaq üçün mübarizə aparmıram. Bunlar, sadəcə, rəqəmlərdir. Romario, Ronaldo və Pele mənim kumirlərimdir. Onlar məndən öncə futbol oynayıb, bu dahilərdən yaxşı olmayacam. Onların hər birinə hörmət edirəm. Komandama kömək etməyə şadam. Qollar vurmaq istəyirəm, amma kumirlərimi ötmək məqsədim yoxdur. Buna nail ola bilmərəm”.