Nizamidəki asfalt niyə çöküb? – Rəsmi açıqlama

12:48 | 04.10.2017
“Azəravtoyol” ASC Nizami rayonu Mehdi Abbasov küçəsində baş verən çökmə hadisəsinin səbəbini açıqlayıb.
Editor.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov yolun hərəkət hissəsinin 2-3 metr dərinlikdə çökdüyünü deyib: “Həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb.
Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq.
Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.