Ozan Doğulu, Ece Seçkin və Seeya Azərbaycana gəlir – FOTO

14:10 | 30.08.2017
69 dəfə oxundu

Türkiyə, Rusiya və Ukrayna məşhurları Azərbaycana gəlir.

Editor.az xəbər verir ki, onlar Bakının ən məşhur klublarından olan “Electra Hall”da çıxış edəcəklər.

Konsert sentyabrın 23-də baş tutacaq. Gecədə türkiyəli məşhurlar Ece Seçkin və Ozan Doğulu, ruminıyalı pop ulduz Seeya, Ukrayna və Rusiya şou biznesinin tanınmış simaları da öz mahnılarını səsləndirəcək.

Eyni zamanda azərbaycanlı DJ-lər də konsert proqramında çıxış edəcəklər.

Şounun aparıcısı isə tanınmış teleaparıcı İlkin Həsəni olacaq.