“Palmali Group”dan əmək haqqı açıqlaması- SƏBƏB NƏDİR?

14:57 | 20.07.2018

Bu gün bir sıra KİV-lərdə “Palmali Group”un gəmilərində çalışan işçilərin maaşlarının ödənilməməsi və buna görə ekipajdakıların aclıq aksiyası keçirməsi barədə xəbərlər yayılıb.

Bu xəbərlərlə bağlı rəsmi açıqlama ilə çıxış edən şirkət bəyan edib ki, bu məsələdə məsuliyyətin onların üzərinə atılması doğru deyil. Belə ki, şirkət öz tərəfindən əmək haqlarını köçürüb. Ancaq bəzi bankların sanksiya altında olması səbəbindən bu problem ortaya çıxıb. Gecikmə də bu səbəbdən olub.
Bu problem Rusiya limanlarında qarşımıza çıxır. Bir neçə gəmiyə də maaşlar gecikmə olsa da hesablarına köçürülür.
Adıçəkilən gəmidə çalışanların maaşları da ödənilib. Bu gün belə bir bəyanatın yaydıranların məqsədi “Palmali Group”un işgüzar nüfuzuna zərbə vurmaqdan ibarətdir. Bizim heç bir Avropa limanında belə bir problemimiz yoxdur. Rusiya limanlarında belə problemlər ortaya çıxır ki, bu problemlər də sırf banklara qoyulan sanksiyalarla bağlıdır. Ona görə də “Palmali Group”un mövqeyini öyrənmədən bu tipli xəbərləri ictimailəşdirmək KİV haqqında qanuna, habelə jurnalistika qaydalarına ziddir.
Odur ki, media orqanlarından bu tipli xəbərləri ictimailəşdirərkən, mövqe öyrənmələrini onlara tövsiyyə edirik.

//Editor.az