Parlament Qüdrət Şükürovun 10 milyonluq hamamını MÜZAKİRƏ ETDİ

13:15 | 07.11.2018
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürovun əmlakını satışa çıxarması məsələsi bu gün Milli Məclisdə müzakirə olunub.
Editor.az xəbər verir ki, büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı onun hamamını 10 milyon manata satdığına dair xəbər oxuduğunu deyib və təklif irəli sürüb: “Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Mən başa düşmürəm ki, onun bu əmlakını satışına çıxarmasına niyə icazə verilməlidir? Olmazmı ki, hamam hərraca çıxarılsın, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?! Bu məsələyə ciddi nəzarət edilməlidir. Ümumiyyətlə, mən Samir Şərifovdan xahiş edirəm ki, Azərbaycandan xaricə maliyyə axınının qarşısını alsın. Buna Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir”.