Pep Qvardiola: “Karyeramı “Barselona”da başa vuracam”

03:23 | 13.09.2018

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı açıqlama verib.

47 yaşlı mütəxəssis karyerasına “Barselona”da son qoyacağını deyib: “Karyerama başladığım yerdə son qoyacam. Karyeramın son illərini “Barselona”da keçirmək istəyirəm”.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb və çoxlu uğurlara imza atıb.

//Sportal.az