Prezident Həsən Ruhaninin qardaşı İranda həbs olunub

23:09 | 16.07.2017
40 dəfə oxundu

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

bu barədə “Frans Press” agentliyi məhkəməyə istinadən xəbər yayıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

//APA