Prezident İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılışını edib

15:31 | 28.11.2017

Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.

Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlət başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.

//APA