Prezident İlham Əliyev İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran prezidentini təbrik edib

14:25 | 11.02.2018

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə ölkəsinin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”.

//APA