Qənirə Paşayeva Türk Dünyasına Xidmət mükafatına layiq görülüb

13:34 | 26.10.2017

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Türk Dünyasına Xidmət Ödülünə layiq görülüb. Manisada bu bölgənin valisi, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünvar, millət vəkilləri Selcuk Özdağ, Sefer Ayhan Üstün, sabiq Ailə və Qadın naziri Səma Ramazanoğlu, Manisanın bir sıra bələdiyyə başqanları ilə birlikdə mükafatı millət vəkili Q. Paşayevaya mükafatı təqdim edən EkoAvrasiya təşkilatının başqanı Hikmet Eren Q.Paşayevanı Türk dünyası göstərdiyi xidmətlərdən, Türk mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən, Türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, Türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müfadiəsi istiqamətində addıımlarından dolayı bu mwkafata layiq görüldüyünü bildirib.

Manisada Türkiyənin bir sıra rəsmi şəxsləri, yazarları, QHT v’ KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə Azərbaycanın müstəqilliyini təkrar qazanmasının ildönümü ilə bağlı keçriilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib. Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Qənirə Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. “Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl gecələri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”. Millət vəkili Türk dünyasının yaşadığı acılardan da geniş danışıb və bildirib ki harada doğulub harada yaşamamızdan asılı olmayaraq qardaş-bacılarımızla bağlı məsələlərdə hər zaman duyarlı olmalıyıq. Azərbaaycanın müstəqiliyyə qədər keçdiyi yoldan və bu günə qədər əldə etdiyi uğurlardan da danışan millət vəkili Q.Paşayeva bildirib ki bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyiə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və biliyimizi daha da gücləndirməliyik.

//Editor.az