Qərb və Ərəb dünyası üz-üzə: Qaşıqçını Səudiyyə öldürdü, yoxsa bədbəxt hadisə idi?

03:30 | 22.10.2018

İngiltərənin Brexit naziri Dominik Rab, Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı verdiyi açıqlamanın inandırıcı olmadığını söyləyib.

Bu fikirləri BBC-yə açıqlamasında İngiltərəli diplomat şəxsən səsləndirib.

Rab qeyd edib ki: “Bu inanılmazdır, bəyanatda təzadlar var. Məsələ ciddi şəkildə araşdırılmalıdır” – deyə qeyd edib.
“Türkiyənin apardığı istintaqını dəstəkləyirik. Hadisədə günahkar olanların cəzasına qovuşması üçün hər şey edəcəyik” – deyə İngiltərə diplomatı bildirib.

Ancaq Qərb ölkələri fərqli görüşlərdə kən, Ərəb dünyasının məsələyə reaksiyası tam fərqli olub. Oman, digər Ərəb ölkələri kimi səudiyyəli jurnalistin ölümünü talehsiz bir hadisə kimi dəyərləndirib. Eyni zamanda Səudiyyə Ərəbistanı rəhbərliyinin hadisə ilə bağlı son addımlarının da təqdirəlayiq oluğunu vurğulayıb.

Şərhdə, Səudiyyə Ərəbistanının bu mövzuda atdığı şəffaf addımlardan məmnuniyyət duyulduğu ifadə edilib.

Qeyd edək ki, Qərb ölkələrinin kəskin şəkildə qınadığı bir zamanda, Ərəb Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Parlamenti, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fələstin, Yəmən və Cibuti kimi ölkələr jurnalistin ölüm xəbərinin ardından dərhal Səudiyyə Ərəbistanına dəstək çıxışları etmişdi.

//Yenicag.az