Qadın məktub yazıb özünü öldürdü – Bakıda faciə

17:50 | 31.10.2017
0 dəfə oxundu

Bakıda intihar hadisəsi baş verib.

Binə qəsəbə sakini, 1968-ci il təvəllüdlü İsmayılova Lətafət Şəmdin qızı yaşadığı evdə kəsici alətlə bilək nahiyəsini kəsib. Çoxlu qan itirən qadın hadisə yerində ölüb.

Bildirilir ki, hadisə vaxtı Lətafət İsmayılova evdə tək olub. Onun həyatına son qoymasından ilk olaraq qonşular xəbər tutublar. İlkin araşdırma zamanı 49 yaşlı qadının məktubu tapılıb. O, intiharında kimsənin günahkar olmadığını, yaşamaq istəmədiyini qeyd edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

///lent.az