Qadın ofisiantlar dalaşdı: Toxunma mənə, it qızı – VİDEO

10:36 | 17.08.2018
“Sən kimsən ki, məni vurursan?! Toxunma mənə, it qızı!”
Eyni restoranda işləyən iki qadın ofisiant arasındakı davada “qisas”ını alan xanım belə deyib.
insident ABŞ-ın Nyu-Orlean şəhərindəki “Spirits on Bourbon” barında yaşanıb.
Barda çalışan ofisiant qadınlardan biri ənənəvi “Burbon ruhu” günü müştərilərdən birinin sifarişi ilə viski gətirmişdi. O, butulkadakı viskini müştərinin ağzına süzəndə arxadan keçən qadın həmkarı zarafatlaşmaq istəyib və əlində viski olan qadının arxasına vurub.
Bundan sinirlənən qadın ofisiant “Sən nə edirsən?!” qışqırıb, sonra da həmkarına zərblə şapalaq vurub.
Dalaşanları restoranın barmeni və müştərilər zorla ayırıblar.
///Milli.Az