“Qalatasaray” – “Fənərbaxça” derbisinin hakimi bəlli oldu

15:28 | 19.10.2017

Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyununa hakim təyinatları açıqlanıb.

Matçın baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” görüşü oktyabrın 22-i keçiriləcək.

///offside.com