“Qarabağ” məşhur futbolçular transfer edir – RƏSMİ

02:08 | 28.08.2017
56 dəfə oxundu

Yay transfer “pəncərə”si avqustun 31-də bağlanacaq. Hazırda “Qarabağ” futbol klubu heyətinə yeni futbolçuların transfer edilməsi istiqamətində danışıqlar aparılır.

modern.az-a açıqlamasında “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Klub rəsmisi bildirib ki, sentyabrın 12-də “Çelsi” ilə keçiriləcək oyuna qədər “Qarabağ”ın heyətinə yeni futbolçuların transfer olunacağı gözlənilir.

“Hesab edirəm ki, transfer olunacaq futbolçunun və onun komandasının adını çəkməz düzgün deyil. Çünki danışıqlar klub və futbolçu ilə fərdi qaydada həyata keçirilir. Hazırda bir neçə tanınmış futbolçu ilə danışıqlar aparılır. Danışıqlar nəticəsində asılı olaraq, “Qarabağ” heyətinə 1-2 futbolçu daxil edə bilər”.

//Editor.az