“”Qarabağ” “Neftçi”nin çempionluğu üçün çalışır” – Aqil Abbasdan sensassion açıqlama

17:35 | 07.11.2018
Millət vəkili Aqil Abbas “Yeni Müsavat” qəzetinin səhifəsindən edilən canlı yayımda “Qarabağ” klubu ilə sensassion sayılacaq açıqlama verib.
Editor.az ölkə.az-a istindən bildirir ki, izləyicilərdən birinin “Qarabağ bu il niyə zəifləyib” sualına cavab verən deputat Ağdam təmsilçisinin bu il “Neftçi”nin çempion olması üçün çalışdığını deyib:
“Qarabağ” klubunun həm prezidenti, həm də fəxri prezidenti olmuşam. Həyatımın bir hissəsini bu kluba həsr etmişəm. Deyə bilərəm ki, bu il “Qarabağ” “Neftçi”nin çempion olması üçün əlindən gələni əsirgəmir”.
Qeyd edək ki, “Qarabağ” iki gün sonra Avroliqanın qrup mərhələsi çərçivəsində səfərdə Ukraynanın Poltava şəhərinin “Vorskla” komandası ilə qarşılaşacaq.