“Qarabağ” – “Roma” oyununun hakimləri bəlli oldu

15:06 | 25.09.2017

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu üçün hakim təyinatları açıqlanıb.

AZXEBER.COM UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Ona Rui Tavares və Paulo Soares köməklik edəcək. Əlavə hakimlər qismində Tyaqo Martins və Joao Pinyeiro təyin olunublar. Dördüncü hakim funksiyasını isə Bruan Rodriges yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.