Qayınana gəlininin intim şəkillərini yaydı – Saçyoldu düşdü

17:02 | 12.07.2017
2.145 dəfə oxundu

62 yaşlı Nərgiz Alıyeva gəlini Rübabə və onun atası tərəfindən döyülüb.

Hadisə 10 iyulda Tovuz rayon Məhkəməsinin qarşısında baş verib.

Şahidlərin sözlərinə görə, tərəflər arasında əlbəyaxa dava məhkəmə iclasından çıxarkən bir-birilərini təhqir etdikdən sonra başlayıb. Rübabə Həsənova keçmiş qayınanası Nərgiz Alıyevanın saçlarından tutaraq yerə yıxıb sürüyüb. Bu zaman atası Etibar qadına təpik zərbələri endirib. Bütün bunlar məhkəmə işçiləri və orada olan digər insanların gözü qarşında baş verib.

Dava-dalaşın sonunda döyülən qadın əl çantasından bir qalaq fotoşəkil çıxarıb və “Bu da qızınızın əməlləri, alın, baxın, tanış olun, onun kim olduğunu bilin!” deyərək hamının gözü qarşısında keçmiş qudalarının üstünə atıb. Yerə səpələnmiş fotoşəkilləri orada olan vətəndaşlar da görüb. Bunlar Rübabənin əl telefonunun yaddaşından çıxarılmış, ona məxsus çılpaq və intim şəkillər olub.

Rübabə Həsənova ilə Bəhruz Alıyev 2017-ci ilin mart ayında boşanıblar. Məhkəməyə müraciət edən ər boşanmada iki uşaq anası olan həyat yoldaşının əxlaqsızlığını əsas gətirib. Ər və qayınana onun əxlaqsız hərəkətləri barədə dəfələrlə polisə və aidiyyəti qurumlara ərizələr ünvanlanlayıblar. İnsidentin baş vermə səbəbi də məhz budur.

Rübabənin əl telefonunun yaddaşından əldə edilmiş (təsdiqini tapmış) bütün məlumatlar, fotoşəkillər, SMS-lər, telefonun yaddaşında olan adların siyahısı Tovuz rayon Polis Şöbəsinə və Tovuz rayon məhkəməsinə təqdim edilib. Onun təkcə 2 ay ərzində – 2016-cı ilin iyul-avqust ayları ərzində telefonun yaddaş kitabçasına “Aşqım” adı ilə qeyd edilmiş (055-xxx-77-85) oğlanla 255 dəfə danışıqları olub.

Rübabə Həsənova insidentin səhəri günü keçmiş qayınanası və keçmiş əri Bəhruz tərəfindən məhkəmənin həyətində döyülməsi barədə ərizə ilə Tovuz rayon Polis Şöbəsinə şikəyət edib.

Qayınana da öz növbəsində polisə şikayət ərizəsi təqdim edib.

Hər iki tərəfə Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyi Ekspertiza Mərkəzinin Tovuz rayon şöbəsindən rəy alınması üçun göndəriş verilib.

Mövzunu davam etdirəcəyik.

///oxu.az