Rəfael Cəbrayılov küll-miqdarda dələduzluqda ittiham olunur – Şikayətçilər Milli Məclisə yürüş edəcək – VİDEO

17:08 | 29.11.2018

Deputat Rəfael Cəbrayılovun fırıldağına məruz qalan çoxsaylı vətəndaşlar Milli Məclisin qarşısında aksiya planlaşdırırlar.

Yenicag.az xəbər verir ki, deputat Rəfael Cəbrayılovun dələduzluq yolu ilə aldatdığı vətəndaşlar problemlərinin həlli üçün başqa variantlarının qalmadığını bildiriblər.

Məlumata görə, deputata məxsus olan tikinti şirkətindən ev alan çox sayda vətəndaş az sonra böyük dələduzluqla üzləşdiklərini başa düşüblər. Şirkətin eyni mənzili bir neçə vətəndaşa satması onları çıxılmaz duruma salıb.

Pulunu ödədikləri yeni mənzili əldə edə bilməyən şikayətçilər deputatın şirkətinə ödədikləri vəsaiti də geri ala bilmirlər.

Qeyd olunur ki, deputat Rəfael Cəbrayılova məxsus şirkətin vətəndaşlara yaratdığı bu problem haqqında məlumat artıq yüksək dövlət instansiyalarına da yetişib və aidiyyatı orqanlar müvafiq araşdırma aparırlar.

Deputatın dələduzluğuna məruz qalan vətəndaşlar isə Milli Məclisin qarşısında etiraz aksiyası keçirərək, Rəfael Cəbrayılovun mandatdan məhrum olunmasını tələb etməyə hazırlaşırlar.