Rafet El Roman azərbaycanlı modellə münasibətindən danışdı

15:09 | 09.07.2017
94 dəfə oxundu

Müğənni Rafet El Roman dərgilərdən birinə maraqlı müsahibə verib.

O, həyata baxış bucağının tamamilə dəyişdiyini bildirib:

“Qadınlara münasibətim dəyişib. Romantikəm, həssasam, amma sevgidə mənim üçün əsas seksdir. Bir qadınla səhərdən axşamadək vaxt keçirə bilərəm. Onu sevə bilərəm, amma intim münasibətimiz alınmazsa, ona qarşı hissələrim ölər”.

Rafet bundan sonra yaşıd və ya özündən yaşca böyük bir qadına aşiq olmaq istədiyini söyləyib:

“Həyatımda həmişə yaşca özümdən çox balaca qadınlara vuruldum. Amma artıq özümdən yaşca böyük qadınları sevmək istəyirəm. Hələ ki, belə biri olmayıb”.

İfaçı bundan sonra evlənsə də, uşaq sahibi olmaq istəmədiyini vurğulayıb:

“Evlənə bilərəm. Amma uşaq istəmirəm. Bu, məsuliyyətdir. Həm də evlənərkən müqavilə bağlayacam. Çünki boşanarkən çox çətinliklər çəkmişəm”.

Sənətçi bu yaxınlarda klipində çəkilən azərbaycanlı model Dilbər Mahmudova ilə aralarındakı münasibətdən də söz açıb:

“Dilbərlə Bodrumda iki klipə çəkildik. Aramızda heç nə yoxdur. Sadəcə dostuq”.

R.El Roman boşandıqdan sonra heç vaxt depresiya yaşamadığını və ayrıldıqdan sonra 20 qadınla birlikdə olduğunu qeyd edib.

Xatırladaq ki, türkiyəli müğənninin Tuğba Altıntop ilə evliliyindən Şevval və Su adında iki qızı, Yeşim Eryıldırım ilə nikahından isə Edvan adında bir oğlu var

///axşam.az