Ruhani: “Tramp ən zalım prezidentdir”

16:17 | 14.06.2018
Donald Tramp son onilliklərdə ABŞ-ın “ən zalım” prezidentidir.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu fikri İran Prezidenti Həsən Ruhani səsləndirib.
H.Ruhani qeyd edib ki, ABŞ-ın bütün hökumətləri İrana düşmən olub:
“İslam inqilabından bəri ABŞ-ın bütün hökumətləri İran xalqının düşməni olub. Amma ABŞ-ın indiki prezidenti əvvəlkilərlə müqayisədə ən pis, ən ədalətsiz və ən zalımıdır”.