Rusiya FHN-i təyyarə qəzasında ölən əcnəbilərin vətəndaşlığını müəyyənləşdirir

00:20 | 12.02.2018

Moskva yaxınlığında AN-148 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən üç əcnəbidən ikisinin vətəndaşlığı müəyyənləşdirilir. Bu barədə Rusiya FHN-in nümayəndəsi İqor Kutrovski bildirib.

Bundan əvvəl təyyarə qəzasında ölən əcnəbilərdən birinin Azərbaycan vətəndaşı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, qəzada ölən Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

//APA