Rusiya prezidenti: “Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır”

01:14 | 12.01.2018

“Donbasdakı vəziyyət dondurulmuş münaqişənin əlamətlərini alır”. Bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

“Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır ki, heç kəs, o cümlədən Rusiya bunda maraqlı deyil. Biz istərdik ki, bu vəziyyət həll olunsun. Elə həll olunsun ki, bu ərazidə yaşayan heç kəsdə narahatçılıq oyatmasın. Ukrayna ilə bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi, o cümlədən Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul olunması Rusiyanı tamamilə qane edirdi”, – deyə Rusiya dövlət başçısı qeyd edib.

//APA