Rusiya Xəzərdən Avropanı vura bilər – Amerikalı admiral

18:00 | 06.10.2018

Rusiyanın “Kalibr” qanadlı raketləri Aralıq, Qara, yaxud Xəzər dənizindən istənilən Avropa paytaxtına qədər çata bilər.

Bu sözləri ABŞ-ın Afrika və Avropa üzrə admiralı Ceyms Foqqo deyib.

Admiral bildirib ki, Rusiyaya məxsus “Kilo” (NATO blokunda Rusiya sualtı qayıqları belə adlandırılır) sualtı qayıqları hazırda Qara dənizdə aktivdir. O, bu gəmilərdən ikisinin Aralıq dənizində “Kalibr” raketlərini sınaqdan keçirdiyini vurğulayıb.

“Kalibr” raketləri əhəmiyyətli gücə malikdir”, – deyə Foqqo bildirib.

//Axar.az