Rusiya XİN: Dövlət Departamentinin turistləri Azərbaycana səfərdən çəkinməyə çağırması cəfəngiyyatdır

15:28 | 12.01.2018

Rusiya Xarici Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Dövlət Departamentinin turistlərə Azərbaycana səfər etməkdən çəkinməklə bağı çağırışını cəfəngiyyat adlandırıb: “Bunu ancaq Azərbaycanda olmayan, onun mədəniyyətini, siyasi reallığını bilməyən, Azərbaycanın yerini xəritədə göstərə bilməyən yaza bilər”.

//APA