Rusiya XİN rəhbəri: “Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq”

21:59 | 13.09.2017
27 dəfə oxundu

Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının toplantısı yaxın həftələrdə baş tutacaq.

bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dair müzakirələr sonuncu mərhələdədir. Yaxın həftələrdə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Şurasının növbəti toplantısını keçirməyi nəzərdə tutmuşuq”, deyə S.Lavrov bildirib.

Qeyd edək ki, bu gün Rusiya XİN rəhbəri Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

 

//APA