Rusiyada helikopter qəzası – Ölən və yaralananlar var

16:39 | 12.02.2018
Rusiyanın Tomsk vilayətində helikopter qəzaya uğrayıb.
Qəza barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi rəsmi xəbər yayıb.
Məlumata görə, “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 heyət üzvü ölüb. Daha 4 nəfər yaralandığı bildirilir.
Helikopterin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Hadisə yerində araşdırma aparılır.
///Trend