“Rusiyanın demək olar ki, bütün regionlarının Azərbaycanla ticarət əlaqəsi var”

16:52 | 16.11.2017

“Rusiyanın təqribən 80 regionu bu və ya digər dərəcədə Azərbaycanla ticarət əlaqələrinə malikdir”.

 

Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə RF-nin Bakıdakı səfiri Vladimir Doroxin deyib.

Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın təkcə ölkə səviyyəsində deyil, həm də regional səviyyədə əməkdaşlıq etdiyi yeganə ölkədir.

//Trend