Səbail rayonunun 150 seçilmiş yeniyetməsi Qusar rayonundakı N saylı hərbi hissəyə göndərildi – VİDEO

01:01 | 18.07.2017
270 dəfə oxundu

Gənclərin yay istirahəti ilə bağlı Səbail rayonu İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə 150 nəfər yeniyetmə Qusar rayonunda yerləşən N saylı hərbi hissəyə yola salınıb. Gənclərin sağlam böyüməsi və onların idmana olan marağının artırılması məqsədilə həyata keçirilən ənənəvi “Gənc Heydərçilər” Hərbi Vətənpərvərlik Təmayüllü Yay İstirahət Düşərgəsi bu il də təntənəli şəkildə təşkil olunub.

Bununla bağlı Sahil Bağında təşkil olunan yola salma mərasimində Səbail rayonu İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova və Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev yeniyetmələrə uğurlar arzulayıb və onların milli vətənpərvərlik ruhunda böyüməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd ediblər.

Yeniyetmələr Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

//Editor.az