Şəki şəhərində məktəblilər arasında idmana maraq kütləviləşir – Şəhər birinciliyi rəqabət şəraitində keçib

10:49 | 08.11.2018

“Məktəblər arasında respublika çempionatı” çərçivəsində ümumtəhsil məktəblərinin (qızlar) komandaları arasında Şəki şəhər 10 saylı tam orta məktəbin idman zalında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib. Yarışda 8 komanda – 5,7,8,10,14, 20 saylı məktəblər, Qoxmuq kənd, Dəhnə kənd 2 saylı məktəbin komandaları iştirak ediblər. Yarışı giriş sözü ilə Gənclər İdman İdarəsinin rəisi Vüqar İskəndərov açaraq, iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb, voleybol idman növünün Şəki üçün olan keçmiş bu günkü və gələcək potensialından danışaraq, bu idman növündə geniş kütləviliyə nail olmaq üçün öz tövsiyyələrini verib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda Dəhnə kənd 2 saylı tam orta məktəbin komandası I yer, 8 saylı tam orta məktəbin məktəbin komandası II yer, 20 saylı tam orta məktəbin komandası III yerləri tutublar. Yarışın yekununda mukafatlandırma olub və qalib komandalar diplomlarla mukafatlandırılıblar.

Bundan başqa, 04-05 noyabr 2018 –ci il tatixlərdə Şəki şəhər Gənclər və İdman İdarəsi Şəki şəhər stadionunda “Məktəblər arasında respublika çempionatı” çərçivəsində ümumtəhsil məktəbləri (oğlanlar, qızlar) arasında keçirilən atletika idman növü üzrə şəhər birinciliyi keçirilib.

Yarışda 14 məktəb iştirak edib. Yarışı giriş sözü ilə Gənclər İdman İdarəsinin rəisi Vüqar İskəndərov açaraq, iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və bildirib ki, fiziki tərbiyə fənninnin tədrisinin forma və metodlarını, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini təkmilləşdirmək məqsədi ilə “Məktəblər arasında respublika çempionatı” çərçivəsində keçirilən atletika idman növünün Şəki üçün olan keçmiş, bu günkü və gələcək potensialından danışaraq, bu idman növündə geniş kütləviliyə nail olmaq üçün öz tövsiyyələrini verib.

Yarışın sonunda 20№-li tam orta məktəb I yer, Şəki şəhər Liseyi II yer, 19 saylı tam orta məktəbin komandası III yerləri tutublar. Yarışın yekununda mukafatlandırma olub və qalib komandalar diplomlarla mukafatlandırılıblar.