Saakaşvili ilə Rusiyanın adamının səs yazısı yayıldı? – Video

23:27 | 05.12.2017

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yaxın adamı biznesmen Sergey Kurçenkonun səs yazısı yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səs yazısını Ukraynanın Baş prokuroru Yuri Lutsenko təqdim edib.

Saakaşvili: Alo, Sergey, salam. Necəsiz?

Kurçenko: Salam. Bizdə hər şey yaxşıdı, bəs sizdə?

S: Düşünürəm ki, düz istiqamətdə hərəkət edirik.

K: Aydındır.

S: Mənim dostum dedi ki, sizinlə danışmalıyam. O sizdən çox razıdır.

K: Aydındır. Baxın, müzakirə edəcəyimiz məsələni deyirəm. Mənim Ukraynada biznes maraqlarım, resurslarım və Rusiyada istənilən kabinetə girmək imkanlarım var. Mən sizinlə əlaqələr qurmaq istəyirəm. Bu mümkündür?

S: Mən düşünürəm ki, siz mənim dostumla danışmalısız.

K: Sizin elə etibarlı dostunuz var ki, biz onun vasitəsilə əlaqə saxlayaq?

S: Düşünürəm ki, adam tapmaq asandır.

K: Yaxşı, sizdə elə adam var?

S: Əlbəttə, əlbəttə.

K: Biz gözləyirik. Biz mütləq hansısa model təklif edəcəyik.

S: Yaxşı, danışdıq.

K: Yaxşı, onda biz sizin adamınızı gözləyirik.

S: Yaxşı, sağ olun.